“Real Madrid” “Betis”in təklifini qəbul etmədi

İdman

25.12.2024 14:59

“Real Madrid” klubu futbolçusu Daniel Sebalyosu qış transfer pəncərəsində satmayacaq.

TodayPress sport.es nəşrinə istinadən xəbər verir ki, y

yarımmüdfiəçini onun sabiq klubu olan “Betis” transfer etmək istəyir.

La Liqa təmsilçisi bu mövzuda dəfələrlə “Real”a müraciət etsə də, rədd cavabı alıb. Madrid təmsilçisi dəfələrlə qarşı tərəfə Danieli satmaq niyyətində olmadığını bildirib.

 Qeyd edək ki, Daniel Sebalyos cari mövsüm bütün turnirlərdə 15 oyuna çıxıb. Onun “Real” klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Namiq HUN

tag: Real Madrid, Daniel ,Turnir, Transfer, todaypress.az,