"Real Madrid" “Atalanta”ya rəqib oldu
İdman
02.06.2024 14:00
Los Blankos UEFA Superkuboku matçında "Atalanta" ilə qarşılaşacaq. TodayPress xəbər verir ki, bu "Borussiya Dortmund"la baş tutan Çempionlar Liqasının final matçından sonra məlum olub. Komandalar baş mükafatın sahibinin adına Londondakı “Uembli” stadionunda aydınlıq gətiriblər. Matçı Slavko Vinciçin (Sloveniya) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Qarşılaşma “Real Madrid”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, “Real Madrid” 2023/2024 mövsümü üçün Çempionlar Liqasının qalibi olub. UEFA Superkubokunda Madrid klubu 2023/2024-cü il mövsümündə Avropa Liqasının qalibi olan "Atalanta" ilə qarşılaşıcaq. Berqamo klubu turnirin finalında "Bayer Leverkuzen" üzərində 3:0 hesablı qələbə qazanıb.
2023/2024 mövsümünün Çempionlar Liqası və Avropa Liqasının qalibləri arasında UEFA Superkuboku uğrunda oyun Varşavadakı Milli Stadionda keçiriləcək. Qarşılaşma avqustun 14-də baş tutacaq. UEFA Superkubokunun ilk qalibi Amsterdamın "Ayaks" klubu olub. Hazırda kubokun sahibi “Mançester Siti”dir.
Namiq HUN