“Real Madrid” 6-cı dəfə Superkubokun sahibi oldu

İdman

15.08.2024 09:09

UEFA Superkubokunu qalibi məlum olub.

TodayPress xəbər verir ki, baş mükafat uğrunda görüşdə İspaniyanın “Real Madrid” və İtaliyanın “Atalanta” komandaları mübarizə aparıb.

Polşanın paytaxtı Varşavada keçirilən görüşdə "kral klubu" 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Federiko Valverde və Kilian Mbappe vurublar. 

“Real” Varşava uğuru ilə tarix yazıb. "Los Blancos" UEFA Superkubokuna ən çox sahib çıxan komandadır. 

İspaniya çempionu bu sıralamada “Barselona” və “Milan”ı qabaqlayıb. “Real Madrid”in aktivində 6, katalonlar və italyanlarda isə 5 kubok var. 

Namiq HUN

tag: Real Madrid, Superkubok, Barselona, Milan, UEFA, todaypress.az,