“Real Madrid” 15-ci titulunu qazandı

İdman

02.06.2024 08:06

UEFA Çempionlar Liqasında 2023/24-cü illər mövsümünə yekun vuruldu.

TodayPress xəbər verir ki, Londondakı "Uembli" stadionunda baş tutan həlledici qarşılaşmadan “Real Madrid” qalib ayrılmağı bacardı. Çempionlar Liqasının ən titullu klubu finalda Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub edərək 15-ci titulunu qazandı. 27 ildən sonra 2-ci kubokunun bir addımlığında olan Dortmund təmsilçisi isə yenidən Avropanın ən güclüsü olmaq istəyini reallaşdıra bilmədi. “Real”ın qələbəsi Azərbaycan çempionu “Qarabağ”ın  qitənin ən nüfuzlu klub turnirinə hansı mərhələdən başlamasını dəqiqləşdirdi. Ağdam klubu yeni mövsüm Çempionlar Liqasına I təsnifat mərhələsi deyil, II təsnifat mərhələsindən başlayacaq.
Qeyd edək ki, “Real Madrid” UEFA Superkubokunda "Atalanta"nın rəqibi olacaq.

Çempionlar Liqası
Final
1 iyun
23:00. “Borussiya” D – “Real” – 0:2
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
London. “Uembli” stadionu

Namiq HUN

tag: Real Madrid, Qarabağ,Çempionlar Liqası, UEFA,todaypress.az,