"Real" "Liverpul" akademiyasının futbolçusunu istəyir
İdman
24.07.2024 17:51
Trent Aleksander-Arnold karyerasını "Real"da davam etdirə bilər.
TodayPress xəbər verir ki, Madrid təmsilçisi "Liverpul"un yarımmüdafiəçini transfer etməyi planlaşdırır.
İngiltərəli futbolçunun "qırmızılar"la müqaviləsinin bitməsinə 1 il qalıb. Mersisayd təmsilçisi Trenti komandada saxlamaq istəyir. Baş məşqçi Arne Slot artıq 25 yaşlı futbolçu ilə danışıb. Aleksandr-Arnold düşünmək üçün vaxt istəyib.
Qeyd edək ki, Trent Aleksander-Arnold "Liverpul" akademiyasının yetirməsidir. O, hələ karyerası ərzində başqa bir klubda çıxış etməyib.
Namiq HUN
tag: Real, Liverpul, Trent Aleksandr, Madrid, Arne Slot, todaypress.az,