“Real” Kurtuaya əvəzləyici axtarır
“Real Madrid” klubu heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.
TodayPress İspaniya mətbuatına istinadən xəbər verir ki, bu qərarı “kral klubu”nun prezidenti Florentino Perez verib.
O, “Barselona” ilə son “El-Klassiko”da (0:4) forma geyinən Andrey Luninin çıxışından razı qalmayıb.
Komandanın əsas qapıçısı Tibo Kurtuanın zədəli olması Madrid təmsilçisini qapını gücləndirmək üçün hərəkətə keçməyə məcbur edib.
Namizədlər arasında Fransanın “Lill” klubunun qolkiperi Luka Şevalye var.
Namiq HUN
tag: Real Madrid, İspaniya, Florentino Perez,Lill,Luka Şevalye, todaypress.az,