“Real” Kurtua ilə anlaşdı

İdman

29.04.2025 15:00

5

“Real Madrid” klubu qapıçısı Tibo Kurtua ilə müqavilənin müddətini uzadacaq. 

TodayPress “Relevo”ya istinadən xəbər verir ki, belçikalı futbolçunun yeni müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər olacaq. 

Kurtuanın “Real” ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. 

Qeyd edək ki, 32 yaşlı qolkiper 2018-ci ilin avqustundan “kral klubu”nda çıxış edir.

Tibo Kurtua, cari mövsüm bütün turnirlərdə 43 oyun keçirib. O, 48 qol buraxıb, 14 matçda isə qapısını toxunulmaz saxlayıb.   

Namiq HUN

tag: Real Madrid,Tibo Kurtua,Müqavilə,Qapıçı,Todaypress.az,