“Real” konsertləri təxirə saldı

İdman

14.09.2024 11:26

“Real” klubu Madrid sakinlərin şikayətlərindən sonra “Santiaqo Bernabeu” stadionunda keçiriləcək konsertləri müvəqqəti dayandırıb.

TodayPress ESPN-ə istinadən xəbər verir ki, qonşular, bu il Teylor Svift və digər sənətçilərə ev sahibliyi edən şəhər mərkəzindəki stadionda yaranan səs-küylə bağlı şikayət ediblər. 

Konsertlər zamanı səs izolyasiyası ilə bağlı problemlər yaranıb.

Madrid şəhər bələdiyyəsi son aylarda problemi həll etmək cəhdlərinə baxmayaraq, stadiondakı konsertlərin hələ də səs-küy şərtlərini pozduğunu etiraf edib.

Namiq HUN

tag: Real ,Konsertlər ,Madrid ,Əhali, Şikayətlər ,todaypress.az,