“Real” Kimmixin xidmətində maraqlı deyil
“Real Madrid” klubu Coşua Kimmixi almaqdan imtina edib.
TodayPress xəbər verir ki, “Bavariya” ilə müqaviləsi 6 aydan az müddətə başa çatacaq Kimmixə “Real”ın maraq göstərməsi məlumatı İspaniyada təkzib edilib.
Almaniyalı yarımmüdafiəçinin xidməti “kral klubu”na təklif olunub, ancaq “Real”ın nümayəndələri bundan imtina ediblər.
Qeyd edək ki, 29 yaşlı futbolçu cari mövsüm “Bavariya”nın heyətində meydana çıxdığı 28 oyunda 1 qol vurub və 7 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Real Madrid,Klub,Coşua Kimmixi,Futbolçu,Todaypress.az,