“Real” Kimixi əldən verdi

İdman

25.02.2025 19:10

809

“Bavariya” klubu yarımmüdafiəçi Yozua Kimmixlə yeni müqavilə imzalayacaq.  

TodayPress xəbər verir ki, Münhen təmsilçisi təklifi təkmilləşdirib və futbolçunun təsdiqini gözləyir.   

Yozuanın klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 

Qeyd edək ki, Kimmix 2015-ci ilin iyul ayından “Bavariya”da oynayır.

O, cari mövsüm klubun heyətində 35 matçda 1 qol vurub və 9 məhsuldar ötürmə edib.

“Transfermarkt” internet portalı futbolçunun transfer dəyərini 50 milyon avro qiymətləndirir.  Kimmixlə “Real Madrid”in ciddi maraqlandığı bildirilirdi.   

Namiq HUN

tag: Real Madrid,Münhen,Yozua Kimmix,Futbol,Todaypress.az,