"Real" Karvaxalla yoluna davam edəcək

İdman

16.09.2024 09:16

"Real Madrid" klubunun rəhbərliyi Dani Karvaxalın komandada qalmasını istəyir.

TodayPress xəbər verir ki, müdafiəçinin 2025-ci ilin yayında başa çatacaq müqaviləsi daha bir mövsüm artırılacaq.

Dani Karvaxal 2013-cü ildən "Real"da çıxış edir. O, bu müddət ərzində bütün turnirlərdə 422 matçda iştirak edib, 13 qol vurub və 64 məhsuldar ötürmə edib. 

Transfermarkt portalında 32 yaşlı futbolçunun transfer dəyəri 12 milyon avro qiymətləndirilir.

Namiq HUN

tag: Real Madrid ,Dani Karvaxal, Real ,Transfermarkt, Transfer ,todaypress.az,