“Real” Karvaxalla müqavilənin müddətini uzatdı
İdman
07.10.2024 12:10
“Real Madrid” futbol klubu müdafiəçisi Dani Karvaxal ilə 2026-çı ilin iyun ayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
TodayPress xəbər verir ki, bu barədə “kral klubu”nun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 32 yaşlı futbolçu 2013-cü ildən “Real”da çıxış edir. Karvaxal “Los Blancos”la altı dəfə Çempionlar Liqasının, dörd dəfə İspaniya çempionatının və Superkubokunun qalibi olub.
Arxa xətt oyunçusu bu müddət ərzində “Real”ın heyətində 426 oyun keçirib. O bu görüşlərdə 14 qol vurub və 65 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Real Madrid ,Dani Karvaxal ,Kral Klubu,Los Blancos ,Real ,todaypress.az,