“Real” Kamavinqaya da “YOX” dedi

İdman

07.06.2024 11:45

Eduardo Kamavinqa "Real Madrid" klubunun Paris-2024 Yay Olimpiya Oyunlarında iştirakına qadağa qoymasına münasibət bildirib. 

TodayPress xəbər verir ki, "Real Madrid"in və Fransa millisinin yarımmüdafiəçisi bu il Parisdə keçiriləcək dördilliyin əsas yarışında iştirakdan danışıb.

“Fransa ilə Olimpiadada oynamaq mənim üçün şərəf olardı, amma bu mümkün deyil. Biz klubun qərarını qəbul etməli və davam etməliyik" Kamavinqa deyib.

Qeyd edək ki, bir müddət əvvəl "Real Madrid" rəhbərliyi Fransa Futbol Federasiyasına məktub göndərərək, klubun Parisdə keçiriləcək Olimpiya Oyunlarına futbolçularını buraxmayacağını bildirib. Siyahıda Eduardo Kamavinqanın və Ferland Mendinin adı var. 

Namiq HUN

tag: Real, Kamavinqa, Fransa, Olimpiada, todaypress.az,