“Real” Kamavinqanı itirdi

İdman

17.01.2025 18:07

“Real Madrid” klubunun futbolçusu Eduardo Kamavinqa zədələnib.

TodayPress “kral klubu”nun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı fransalı yarımmüdafiəçinin müayinələrindən sonra budunun arxa hissəsində xəsarət aşkarlanıb.

Kamavinqanın meydana dönəcəyi tarix hələ müəyyənləşməyib.

Qeyd edək ki, Eduardo Kamavinqa cari mövsüm 16 matçda 1 qol vurub.

Namiq HUN

tag: Real, Yarımmüdafiə, Klub, Futboçu, todaypress.az,