“Real” Kamavinqa üçün təklif aldı

İdman

19.02.2025 18:50

2082

PSJ klubu “Real Madrid”də çıxış edən Eduardo Kamavinqa üçün təklif hazırlayır.

TodayPress “Fichajes”ə istinadən xəbər verir ki, Paris təmsilçisi 22 yaşlı yarımmüdafiəçiyə görə 80 milyon avro ödəməyi planlaşdırır.

Klubun baş məşqçisi Luis Enrike fransalı futbolçunu yarımmüdafiəni gücləndirmək baxımından ideal namizəd hesab edir. 

“Kral klubu” Kamavinqa ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, futbolçunun "Real"la müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. O, cari mövsüm meydana çıxdığı 19 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

tag: PSJ, “Real Madrid”,Paris,Futbol,todaypress.az,