“Real” iki futbolçunun maaşını artırdı

İdman

20.09.2024 17:39

“Real” yay transferində heyətinə qatdığı Kilian Mbappeyə görə, iki futbolçusunun maaşını artırıb. 

TodayPress xəbər verir ki, mövsümə 15 milyon avro qazanacaq fransalı forvard komandanın ən çox maaş alan futbolçusu olub.

Belə olan halda, “kral klubu” komandada potensial çaxnaşmanın qarşısını almaq üçün dərhal tədbirlər görüb. 

“Los Blankos” Çud Bellingem və Vinisius Juniorun maaşını da illik 15 milyon avroya çatdırıb.

Namiq HUN

tag: Real ,Transfer ,Los Blankos, Çud Bellingem ,Vinisius Junior ,Kilian Mbappe, todaypress.az,