“Real” hücum xəttini gücləndirir

İdman

23.11.2024 11:37

“Real Madrid” “Sportinq”in hücumçusu Viktor Qyökereşi heyətinə qatmaq istəyir.

TodayPress İspaniya mətbuatına istinadən xəbər verir ki, rəhbərlik isveçli futbolçunu komandanın iki hücumameyilli liderindən birinin əvəzedicisi hesab edir. 

Vinisius Junior və Kilian Mbappe kimi forvardları olan “Real”da hazırda böhran var. Fransalı futbolçu klub rəhbərlərinin gözləntilərini hələ də doğrultmayır. Baş məşqçi Karlo Ançelotti psixoloji və mənəvi faktorlara görə Vinisiusun da performansını itirəcəyindən ehtiyat edir.

“Real Madrid”in prezidenti Florentino Peres şəxsən Qyökereş ilə müqavilə imzalamaq istəyir. Funksioner klubun problemlərinin erkən həllini 26 yaşlı futbolçuda görür.

Qeyd edək ki, “Sportinq” forvardı 100 milyon avroya satmağa hazırdır.

Viktor Qyökereş cari mövsüm klub və milli səviyyəsində keçirdiyi 22 matçda 32 qol vurub. 

O, UEFA Millətlər Liqasının VI turunda Azərbaycan yığmasının qapısından 4 top keçirib. 

Namiq HUN

tag: karlo Ançelotti, Viktor Qyökereş, Klub, UEFA, Azərbaycan, todaypress.az,