“Real” heyətdə dəyişikliklər edəcək
İdman
14.01.2025 18:48
Futbol üzrə İspaniya Superkubokunun finalında “Real Madrid” klubunun “Barselona”ya 5:2 hesablı məğlubiyyəti klubda dəyişikliklərə səbəb olacaq.
TodayPress xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
“Kral klubu”nun prezidenti Florentino Peres sağ cinah müdafiəçisi Lukas Vaskesin oyunu ilə bağlı ciddi narazılıq ifadə edib. Görüşdən sonra klub rəhbərliyi onunla müqavilənin uzadılmaması barədə qərar qəbul edib.
“Real” Lukas Vaskesin yerinə “Liverpul” klubunda çıxış edən Trent Aleksander-Arnoldu transfer etməyi planlaşdırır.
Qeyd edək ki, Lukas Vaskes cari mövsümdə “Real Madrid”in heyətində bütün turnirlərdə 25 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Liverpul, Klub, Lukas ,Müdafiə, todaypress.az,