“Real” futbolçularının dolablarını hərraca çıxartdı

İdman

21.11.2024 10:03

“Real Madrid” “Santyaqo Bernabeu” stadionunun paltardəyişmə otağındakı köhnə dolabları satışa çıxarıb.

TodayPress xəbər verir ki, şkaflar Londonda hərraca çıxarılıb. 

Satışda olan 24 şkafdan Kriştiano Ronaldo, Devid Bekhem, Zinəddin Zidan, Serxio Ramos, Luiş Fiqu və başqa ulduz futbolçular istifadə edib.

Dolabların hər birinin start qiyməti 10 min funt sterlinqdir.

Namiq HUN

tag: Real, Futbolçular, Şkaflar, London, Hərrac, todaypress.az,