“Real” fiziki məşqçisini qovacaq?

İdman

16.11.2024 16:56

“Real Madrid” klubunda zədə epidemiyasının səbəbkarı tapılıb.

TodayPress “The Athletic”ə istinadən xəbər verir ki, klub rəhbərliyi fiziki məşqçi Antonio Pintusun işindən narazıdır.  

Mütəxəssisin metodlarının futbolçular üçün zərərli olduğu bildirilib. 

Madrid təmsilçisi “Osasuna” ilə oyun itkisiz başa vura bilməyib. Qarşılaşmada Rodriqo, Lukas Vaskes və Eder Militao zədələnib. Sonuncu çarpaz bağı yırtıldığından cari mövsümdə daha oynamayacaq.

Pintusdan başqa, rəhbərliyi Karlo Ançelottinin köməkçisi Françesko Maurinin işi də qane etmir. 

Namiq HUN

tag: Real Madrid, Madrid,Karlo Ançelotti,Zədə, todaypress.az,