“Real” fikrini dəyişdi
“Real Madrid” “Bavariya”nın dayaq yarımmüdafiəçisi Yozua Kimmixi transfer etməyəcək.
TodayPress xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
“Kral klubu” almaniyalı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırırdı.
Lakin hazırda klub rəhbərliyi Kimmixin o qədər də vacib oyunçu olmadığını düşünür.
Yozua ilə Avropa nəhənglərindən “Barselona”, “Liverpul” və “Mançester Siti” kimi klublar da maraqlanır.
Onun "Bavariya" ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. Kimmix cari mövsüm Münhen təmsilçisinin heyətində bütün turnirlərdə 35 oyuna çıxb, 1 qol vurub və 12 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Real Madrid,Kral klubu,Liverpul,Yozua,Todaypress.az,