“Real” Endrikə görə 10 təklifdən imtina etdi

İdman

26.08.2024 12:20

“Real Madrid” futbol klubu hücumçusu Endriki komandada saxlayacaq. 

TodayPress xəbər verir ki, “kral klubu” bu yay braziliyalı futbolçu üçün ən azı 10 icarə təklifini rədd edib. Bu təkliflər İspaniya, Fransa, İtaliya və Almaniyadan olub. 

Qeyd edək ki, 18 yaşlı futbolçu iyul ayında “Real”la 6 illik müqavilə imzalayıb. “Los Blancos” Endrikin transferi üçün 47,5 milyon avro ödəyib.

Namiq HUN

tag: Real, Endrik, Müqavilə, Transfer, İspaniya, todaypress.az,