“Real” “El Klassiko”dan imtina etmədi

İdman

26.04.2025 09:10

5

“Real Madrid” klubu Sevilyada təşkil olunacaq İspaniya kubokunun final matçına çıxacaq.   

TodayPress xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

“Kral klubu” “Barselona” ilə keçiriləcək final oyununa təyin olunan hakimlərə etiraz etmişdi.

İspaniya mətbuatında isə “Real”ın matça çıxmaqdan imtina edə biləcəyi ehtimalı irəli sürülmüşdü.

Amma son anda klubdan verilən açıqlamada imtina ilə bağlı hər hansı fikrin ortaya çıxmadığı bildirilib.   

Namiq HUN

tag: Real Madrid,Barselona,El Klassiko,Futbol,Todaypress.az,