“Real” dünyanın ən dəyərli komandasıdır

İdman

13.11.2024 13:30

Dünyanın ən dəyərli heyətə malik futbol komandaları açıqlanıb.

TodayPress “Transfermarkt” portalına istinadən xəbər verir ki, siyahıda 4 türk klubu da yer alıb.

Sıralamanın lideri, heyətinin dəyəri 1,36 milyard avro olan “Real Madrid” klubudur. İspaniya nəhəngini 1,26 milyard avro dəyərlə “Mançester Siti” izləyir. İlk “üçlüy”ü isə 1,16 milyon avro dəyərlə Londonun “Arsenal” klubu tamamlayıb.

Türkiyənin ən dəyərli komandası “Qalatasaray”dır. “Aslanlar” heyətinin 262 milyon avroluq dəyəri ilə 47-ci pillədə qərarlaşıb.  Istanbulun digər futbol klublarından “Fənərbağça” (226 milyon avro) 54-cü, “Beşiktaş” isə (140 milyon avro) 81-cidir. “Trabzonspor” da 100-lükdə yer alıb. Trabzon təmsilçisi 105 milyon avro dəyərlə 99-cu sırada yerləşir.

Namiq HUN

tag: Real, Türkiyə, Qalatasaray, Aslanlar, Trabzonspor, todaypress.az,