“Real” Dünya çempionatından imtina etdi

İdman

10.06.2024 14:40

İspaniya çempionunun baş məşqçisi Karlo Ançelotti komandasının yeni qaydalar əsasında keçiriləcək Klublararası Dünya Çempionatında iştirak etməyəcəyini bildirib. 

TodayPress xəbər verir ki, italiyalı mütəxəssis “Real”ın 2025-ci ildə 7 klub əvəzinə 32 komanda ilə  keçiriləcək beynəlxalq turnirdə iştirakdan imtina edəcəyini deyib.  

“FIFA unudur ki, klublar və futbolçular bu turnirdə iştirak etməyəcək. “Real Madrid”in bir matçı 20 milyon avroya başa gəlir. Onlar isə bu pulu bizə bütün turnir üçün vermək istəyirlər. Bu çox pis yanaşmadır. “Real” da, digər klublar kimi dəvətdən imtina edəcək” Ançelotti deyib. 

Qeyd edək ki, Klublararası Dünya Çempionatı 2025-ci ildə Amerika Birləşmiş Ştatlarında keçiriləcək. Turnir iyunun 15-də başlayacaq və təxminən bir ay müddətində, 2025-ci il iyulun 13-dək davam edəcək. 

2023-cü ildə Klublararası Dünya çempionatının qalibi finalda Braziliyanın “Fluminense” klubunu 4:0 hesabı ilə məğlub edən “Mançester Siti” komandası olub.

Namiq HUN

tag: İspaniya, Real, Çempionat, Dünya, todaypress.az,