"Real" Diası uzun müddətə itirdi
"Real Madrid" klubunun futbolçusu Brahim Dias zədələnib.
TodayPress xəbər verir ki, yarımmüdafiəçi La Liqada “Real Sosyedad”la oyunda sağ budundan zədələnib.
25 yaşlı futbolçunun sağalma prosesi üç ay çəkə bilər.
Brahim Dias bu mövsüm İspaniya çempionatında meydana çıxdığı 5 matçda 1 qol vurub və elə o sayda da ötürmə edib.
Namiq HUN
tag: Real, La Liqa, Brahim Dias, Zədə, İspaniya, Çempionat, todaypress.az,