“Real” dəyişikliklərə arenadan başladı

İdman

27.12.2024 10:37

“Real Madrid” futbol klubunun rəhbərliyi komandanın ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” stadionunun adını dəyişdirmək qərarına gəlib.

TodayPress “Marca” nəşrinə istinadən xəbər verir ki, arenanın adı sadəcə, “Bernabeu” adlandırılacaq. 

Stadionun adının dəyişdirilməsinin səbəblərinin kommersiya ilə əlaqədar olduğu bildirilib.

Qeyd edək ki, 2019-cu ildən stadionda aparılan yenidənqurma işləri ötən ilin sonuna qədər başa çatmalı idi. Lakin müddət uzadılıb. 

“Kral klubu”nun arenasının yenidən qurulması 1,76 milyard avroya başa gələcək.

Namiq HUN

tag: Stadion ,Arena, Milyard, Avro, todaypress.az,