“Real” Dani Karvaxala əvəzləyici tapdı
İdman
21.11.2024 16:27
“Real Madrid” futbol klubu “Barselona”nın yetirməsi olan Oskar Mingesanı heyətinə cəlb etmək istəyir.
TodayPress yerli “El Gol Digital” nəşrinə istinadən xəbər verir ki, “kral klubu” cinah müdafiəçisini zədəli Dani Karvaxala əvəzləyici kimi görür.
Hazırda “Selta” klubunda çıxış edən Mingesa cari mövsüm 12 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 25 yaşlı futbolçu 2020-2022-ci illər aralığında “Barselona”nın əsas komandasında çıxış edib.
Namiq HUN
tag: Real Madrid, Barselona, Oskar Mingesan, Selta, Komanda, todaypress.az,