“Real” Dalotu heyətinə qatmaq istəyir
“Mançester Yunayted” klubunun futbolçusu Dioqu Dalot “Real Madrid”ə keçə bilər.
TodayPress “Relevo” nəşrinə istinadən xəbər verir ki, “kral klubu” 25 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.
Portuqaliyalı arxa xətt oyunçusu cari mövsüm bütün turnirlərdə “qırmızı şeytanlar”ın heyətində 21 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Dioqu Dalot ötən mövsümdə “Mançester Yunayted”in oyunçuları arasında keçirilən səsvermədə komandanın ən yaxşı futbolçusu seçilib.
Namiq HUN
tag: Mançester Yunayted, Dioqu Dalot, Real Madrid, Portuqaliya, todaypress.az,