“Real” Dalot planını işə saldı
İdman
02.01.2025 17:44
“Real Madrid” klubunun transfer planında yer alan daha bir müdafiəçinin adı məlum olub.
TodayPress xəbər verir ki, İspaniya klubu Dioqo Dalotu heyətinə qatmaq istəyir.
“Kral klubu” “Mançester Yunayted”ə təklif göndərməyi planlaşdırır. “Real” Dalot üçün 50 milyon avro ödəməyə hazırdır.
Klub rəhbərliyi Trent Aleksandr-Arnoldun transferi ilə bağlı qeyri-müəyyənliyə görə bu addımı atıb.
Qeyd edək ki, Dioqo Dalot cari mövsümdə Premyer Liqada 19 oyunda 1 assistlə yadda qalıb.
Namiq HUN
tag: Klub ,Rəhbərlik, Real ,Dalot, todaypress.az,