“Real” “Çelsi” ilə danışıqlara başladı

İdman

01.11.2024 15:30

Ançelotti Argentina millisinin üzvünü komandasında istəyir.

“Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti “Çelsi”nin argentinalı yarımmüdafiəçisi Enzo Fernandesi heyətində görmək istəyir.

TodayPress “Marca”ya istinadən xəbər verir ki, Ançelotti onun transfer edilməsini rəhbərlikdən xahiş edib.

Artıq “Real” “Çelsi” ilə danışıqlara start verib. 

Madridlilər Fernandesin transferi üçün Orelyan Tçuamenini satmağa da hazırdır. 

Qeyd edək ki, 23 yaşlı futbolçunun “Çelsi” ilə müqavilə müddəti 2032-ci il iyunun 30-na qədərdir. 

Namiq HUN

tag: Real, Çelsi, Madrid,Ançelotti,Argentina, todaypress.az,