“Real” Bellinqemi itirə bilər

İdman

11.07.2024 22:20

Futbol üzrə İngiltərə yığmasının yarımmüdafiəçisi Cud Bellinqem Avropa çempionatından sonra əməliyyat oluna bilər.

TodayPress xəbər verir ki, ötən ilin ikinci yarısında zədələnən “Real Madrid”in futbolçusu ağrılardan əziyyət çəkir.

Cudun son oyunlarda ağrıkəsicilərlə meydana çıxdığı bildirilir. Cərrahiyə əməliyyatı nəticəsində futbolçu təxminən 2 ay yaşıl meydanlardan kənarda qala bilər.

Namiq HUN

tag: Cud Bellinqem, Ingiltərə, Avropa, todaypress.az,AVRO-2024,