“Real” axtardığını Leverkuzendə tapdı
“Bayer 04” futbol klubunun mərkəz müdafiəçisi Pyero İnkapye “Real Madrid” klubunun marağına səbəb olub.
TodayPress “Sky Sport”a istinadən xəbər verir ki, “kral klubu" yayda müdafiənin mərkəzini İnkapye ilə gücləndirmək istəyir.
Futbolçu ötən il “Çelsi” və “Tottenhem” klublarının transfer siyahısında olsa da,sonda “Bayer 04” ilə 2029-cu ilə qədər nəzərdə tutulan yeni müqaviləyə imza atıb.
Qeyd edək ki, məşhur "Transfermarkt" portalında 23 yaşlı futbolçunun dəyəri 50 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Real Madrid,Pyero İnkapye,Bayer 04,Futbol,Todaypress.az,