“Real” argentinalı ulduzla razılaşdı

İdman

27.07.2024 10:57

906

“Real” klubu “River Pleyt”dən 16 yaşlı istedadı transfer etməyə yaxındır.

TodayPress xəbər verir ki, Madrid təmsilçisi yarımmüdafiəçi Franko Mastantuononun transferini razılaşdırıb. 

Argentinanın “River Pleyt” klubunun prezidenti futbolçunun transferi ilə bağlı danışıqlar prosesini başa çatdırmaq üçün İspaniyaya gəlib. 

“Kral klubu” artıq Mastantuono ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. 16 yaşlı futbolçu yetkinlik yaşına çatdıqdan sonra 2025-ci ilin yayından tez olmayaraq kluba qoşula biləcək.

Qeyd edək ki, Mastantuono 2019-cu ildən “River Pleyt”in sistemindədir. O, 2024-cü ilin əvvəlindən əsas komandada çıxış edir. Orta xətt oyunçusunun Buenos-Ayres təmsilçisi ilə müqaviləsi 31 dekabr 2026-cı ilə qədərdir. Transfermarkt portalı futbolçunun dəyərini 10 milyon avro qiymətləndirir.

Namiq HUN

tag: Real, Argentina, Kral Klubu, Mastantuono, River Pleyt, todaypress.az,