“Real” Ançelottini buraxmaq istəmir

İdman

30.04.2025 12:43

5

“Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti Braziliya millisində çalışmaqdan imtina edib. 

TodayPress “Marca” nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis qərarını Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Ednaldo Rodrigesə bildirib. 

Ançelotti hazırda Səudiyyə Ərəbistanı klublarından birinin illik 50 milyon avroluq təklifini nəzərdən keçirir. 

Qeyd edək ki, Karlo Ançelottinin “Real Madrid”lə müqaviləsi 2026-cı ilin iyun ayına kimidir.

Rəhbərlik onun iyunun 14-də start götürəcək klubların dünya çempionatında da iş başında olmasını istəyir.   

Namiq HUN

tag: Real Madrid,Karlo Ançelotti,Futbol,Məşqçi,Todaypress.az,