“Real” Ançelottidən tələb etdi
İdman
06.01.2025 13:36
“Real Madrid” futbol klubunun rəhbərliyi baş məşqçisi Karlo Ançelottinin qarşısına tələb qoyub.
TodayPress xəbər verir ki, “kral klubu” mövsümün sonunda Çempionlar Liqası və ya La Liqada qalib olmasa, italiyalı mütəxəssislə yollar ayrılacaq.
Titullardan biri qazanılmasa, Avropa nəhəngi “Bayer 04”də çalışan ispan Xabi Alonsonu baş məşqçi postuna gətirəcək.
Ançelotti mövsümü titulla başa vursa, 2026-cı ilin yayına qədər “Real”da qalacaq.
Namiq HUN
tag: Çempion, İspan, Kral Klub ,Liqa,todaypress.az,