“Real” Alonsonun istəyinə qarşılıq vermədi

İdman

05.04.2025 11:10

1977

“Real Madrid” klubu “Bayer 04”ün baş məşqçisi Xabi Alonso ilə danışıqlar aparır.   

TodayPress “Relevo” nəşrinə istinadən xəbər verir ki, “kral klubu”nun hazırkı baş məşqçisi Karlo Ançelottinin gələcəyi onun cari mövsüm komanda ilə qazanacağı titullardan asılıdır.   

Alonso, italiyalı mütəxəssis daha bir il komandada qaldığı təqdirdə, “Bayer”dəki işi davam etməyə hazırdır. 

Qeyd edək ki, ispaniyalı məşqçi “Real”a keçsə, tanıdığı futbolçuları transfer etmək istəyir, əsas da “Bayer 04”ün oyunçularını.

Madrid təmsilçisi isə təkcə meydanda kömək edə biləcək futbolçuları yox, həm də maliyyə cəhətdən sərfəli olanları transfer etməyə hazırdır.   

Namiq HUN

tag: Real Madrid,Bayer04,Xabi Alonso,Məşqçi,Todaypress.az,