“Real” alman futbolçuların təkliflərini qəbul etmədi

İdman

23.03.2025 17:40

2060

“Real Madrid” klubu Almaniya millisinin üç futbolçusunun transferindən imtina edib. 

TodayPress xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

“Bavariya”nın yarımmüdafiəçisi Yozua Kimmix özünü “kral klubu”na azad agent statusunda keçməyi təklif edib. Onun komanda yoldaşı Leroy Sane və “Bayer 04”ün müdafiəçisi Conatan Ta da eyni şəkildə özlərini Madrid klubuna təklif ediblər. 

“Real” hər üç futbolçunun təklifini qəbul etməyib. 

Qeyd edək ki, Kimmix qışda Münhen təmsilçisi ilə müqaviləsini 2029-cu ilə qədər uzadıb. Sane və Tanın sözləşmələri isə yayda başa çatacaq. 

Namiq HUN

tag: Real Madrid,Yarımmüdafiəçi,Futbol,Todaypress.az,