"Real" Alfonso Deyvis ilə anlaşdı
“Real Madrid” klubu “Bavariya”da çıxış edən futbolçu Alfonso Deyvis ilə anlaşıb.
TodayPress “Marca” nəşrinə istinadən xəbər verir ki, cinah müdafiəçisi mövsümün sonunda azad agent kimi “kral klubu”na keçəcək.
Tərəflər şəxsi müqavilənin şərtləri ilə bağlı şifahi razılığa gəliblər.
Qeyd edək ki, 24 yaşlı kanadalı futbolçunun Münhen təmsilçisi ilə müqaviləsinin müddəti iyunda başa çatacaq. O, cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 23 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Real ,Müdafiə ,Mövsüm, Anlaşma ,todaypress.az,