"Real" 2025-ci il üçün əsas transfer hədəfini açıqladı

İdman

09.06.2024 14:28

856

“Real Madrid” və “Bayer Leverkuzen” futbol klubları razılığa gəliblər. 

TodayPress xəbər verir ki, 21 yaşlı hücumameyilli yarımmüdafiəçi Florian Virts 2025-ci ilin yayında “Los Blancos”un oyunçusu olacaq. 

Madrid klubu Virtsin potensial transfer imkanlarını bir neçə ay əvvəl araşdırmağa başlayıb. "Bayer"in futbolçunun transferi üçün 150 milyon avro tələb edə biləcəyi vurğulanır.

Qeyd edək ki, Virts son mövsüm bütün turnirlərdə 49 matça çıxıb. O, bu oyunlarda 18 qol vurub və 20 məhsuldar ötürmə edib. Futbolçunun Leverkuzen təmsilçisi ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında orta xətt oyunçusunun bazar dəyəri 130 milyon avro qiymətləndirilir. 


Namiq HUN

tag: Real Madrid, Bayer Leverkuzen, Los Blancos, Florian Virts,transfer, futbol, idman, todaypress.az,