“Real” 2024-cü ilin komandası seçildi

İdman

22.04.2025 10:45

9

“Real Madrid” futbol klubu “Laureus”un versiyasına görə 2024-cü ilin komandası seçilib. 

TodayPress xəbər verir ki, “kral klubu” ötən il əldə etdiyi nailiyyətlərə görə “Laureus World Sports Academy” tərəfindən mükafatlandırılıb. 

“Real Madrid” 2024-cü ildə İspaniya çempionluğunu qazanıb, Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının qalibi olub. 

Komanda mükafat uğrunda mübarizədə “Barselona”nın qadın komandasını, İspaniya millisini, “Boston Celtics” basketbol klubunu və “Formula-1” komandası “Maklaren”i üstələyib. 

Namiq HUN

tag: Real Madrid,2024,Komanda,Klub,Uğur,Todaypress.az,