“Real” 2 futbolçusunu itirdi

İdman

03.09.2024 14:34

“Real Madrid” klubu zədə səbəbindən iki futbolçusunu itirib.

TodayPress xəbər verir ki, bunlar yarımmüdafiəçi Orelyen Tçuameni və sol cinah müdafiəçisi Ferland Mendidir.

Fransalı futbolçuların zədəsi ciddi deyil. 

Tçuameni və Mendinin sentyabrın 14-də başa çatacaq beynəlxalq fasilədən sonra meydana qayıdacaqları gözlənilir. Onlar yalnız qarşıdakı oyunlarda Fransa millisinə kömək edə bilməyəcək.

Namiq HUN

tag: Real Madrid, Zədə , Orelyen Tçuamen ,Ferland Mendi, Fransa ,todaypress.az,