Rauf Məmmədov və Günay Məmmədzadə Azərbaycan çempionu oldular
Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub.
TodayPress xəbər verir ki, yarışın son günündə həlledici qarşılaşmaların tay-brek görüşləri baş tutub.
Kişilərin mübarizəsində iki dəfə heç-heçə edən Rauf Məmmədovla Şəhriyar Məmmədyarov Azərbaycan çempionu titulu üçün növbəti dəfə üz-üzə gəliblər. Tay-brekdə rəqibindən üstün olan Məmmədov qələbə qazanaraq birinci yeri tutub. Bu, onun 6-cı Azərbaycan çempionluğu olub.
Qadınların yarışında isə hərəyə bir qələbə qazanan Günay Məmmədzadə ilə Gövhər Beydullayeva qalib adı uğrunda yarışıblar. Daha inamlı çıxış edən Məmmədzadə çempion titulunu qazanıb.
Üçüncü yer uğrunda görüşdə isə Gülnar Məmmədova Ülviyyə Fətəliyevanı məğlub edərək, mükafatçılar sırasına adını yazdırıb.
Namiq HUN
tag: Şahmat ,Çempionat,Rauf Məmmədov,Günay Məmmədzadə,todaypress.az,