Rassel sıralama turunda birinci oldu
İdman
23.11.2024 13:00
ABŞ-də keçirilən “Formula 1” üzrə dünya çempionatının Las Veqas Qran-prisində sıralama turunun qalibi məlum olub.
TodayPress xəbər verir ki, ən yaxşı nəticəni “Mercedes” komandasında çıxış edən Corc Rassel göstərib.
“Ferrari” pilotu Karlos Sayns ikinci yeri tutub. İlk üçlüyü “Alpin”dən Pyer Qasli tamamlayıb.
Qeyd edək ki, Las Veqas Qran-prisində əsas yarış noyabrın 24-də keçiriləcək.
Namiq HUN
tag: ABŞ, Formula 1, Dünya, Çempion, Ferrari, Corc Rassel , todaypress.az,