Rapid turnirini Azərbaycan şahmatçıları qazandılar

İdman

30.04.2025 10:10

9

Şahmat üzrə “Çempionların savaşı”nda rapid yarışlarına yekun vurulub.   

TodayPress xəbər verir ki, rapid turnirinin qalibləri növbəti 3 partiyadan sonra müəyyənləşib. 

Kişilərin mübarizəsində Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovla (Özbəkistan) qarşılaşıb.

İlk 3 turdan sonra üstünlüyə yiyələnən qrossmeystrimiz yekunda 4:2 hesabı ilə qalib gəlib. 

Qadınların turnirində Azərbaycan çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə qələbə uğrunda mübarizə aparıb.

Günay 3,5:2,5 hesabı ilə qalib gəlib.   

Qeyd edək ki, bu gün 10 turdan ibarət blits turniri təşkil olunacaq.   

Namiq HUN

tag: Şahmat,Turnir,Qələbə,Uğur,Todaypress.az,