Ranyeri qərar verdi

İdman

19.03.2025 11:06

2743

“Roma” klubunun baş məşqçisi Klaudio Ranyeri cari mövsümün sonunda karyerasını bitirəcək.   

TodayPress xəbər verir ki, o, bu barədə “Corriere dello Sport”a açıqlamasında bildirib. 

“Kalyari”ni A Seriyasına çıxardıqdan sonra məşqçilikdən getdiyini elan etsə də, sonradan "Roma"nı çalışdırmağa razılıq verən 73 yaşlı mütəxəssis qərarında qəti olduğunu söyləyib. 

Klaudio Ranyeri karyerası ərzində “Lester” klubuna 2015/2016 mövsümündə İngiltərə çempionluğunu qazandırıb.

İspaniyada isə “Valensiya” ilə ölkə, İntertoto və UEFA Superkubokuna sahib çıxıb. 

Qeyd edək ki, “Roma” klubu onun rəhbərliyi altında A Seriyasında son 6 matçda qalib gəlib.

“Canavarlar” 49 xalla İtaliya çempionatının 7-ci komandasıdır.   

Namiq HUN

tag: Roma,Futbol,Klub,Məşqçi,Todaypress.az,