Ramos Argentina nəhənginə keçir?

İdman

15.10.2024 12:22

İspaniyalı müdafiəçi Serxio Ramos karyerasını Argentinanın “Boka Xuniors” klubunda davam etdirə bilər.

TodayPress “Fichajes”ə istinadən xəbər verir ki, 38 yaşlı futbolçuya Cənubi Amerikaya köçməyi “Real”ın sabiq futbolçusu Fernando Qaqo təklif edib.

Ramos mövsümün əvvəlində “Sevilya”dan ayrıldıqdan sonra klubsuzdur.

 Qeyd edək ki, müdafiəçi La Liqada 536 dəfə meydana çıxıb.  

İspaniya çempionatında 77 qol vuran Serxio Ramos ən məhsuldar mərkəz müdafiəçisidir.

Namiq HUN

tag: İspaniya ,Serxio Ramos ,Argentina ,Boka Xuniors ,Real ,todaypress.az,