Ramil Şeydayev “Neftçi”də

İdman

16.07.2024 13:20

Hücumçu Ramil Şeydayevin “Neftçi”yə keçidi rəsmiləşib.

TodayPress xəbər verir ki, “ağ-qaralar” futbolçu ilə 3 illik müqavilə imzalayıb. Şeydayev 2027-ci ilədək “Neftçi”də top qovacaq. O, yeni klubunda 90 nömrəli formada oynayacaq. 

Qeyd edək ki, Azərbaycan millisinin 28 yaşlı forvardının son klubu Türkiyə “Kocaelispor”u olub.

Namiq HUN

tag: Şeydayev, Neftçi, Futbol, Transfer, todaypress.az,