Ramil Şeydayev "Kocaelispor" klubu ilə yollarını ayırdı
İdman
13.07.2024 09:38
Futbol üzrə Azərbaycan yığma komandasının hücumçusu Ramil Şeydayev "Kocaelispor"u tərk edib.
TodayPress Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şeydayev klubdan alacağı 140 min avrodan imtina edib. Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Futbolçu "Kocaelispor" klubunun son yoxlama matçında da yer almayıb.
Qeyd edək ki, Ramil Şeydayevin "Neftçi" klubu ilə müqavilə bağlayacağı gözlənilir. Paytaxt təmsilçisinin mətbuat xidməti bu xəbəri təsdiqləməsə də, transfer baş tutarsa, açıqlama veriləcəyini bildirilib.
Namiq HUN
tag: Ramil Şeydayev,Neftçi, Mətbuat, Müqavilə, Koca elispor, todaypress.az,