Ramil Quliyev Türkiyə millisinin baş məşqçisi təyin olundu
İdman
19.12.2024 16:05
Azərbaycan əsilli keçmiş idmançı Ramil Quliyev Türkiyənin atletika üzrə gənclərdən ibarət millisinin baş məşqçisi təyin olunub.
TodayPress xəbər verir ki, Quliyev Türkiyə Atletika Federasiyasının bu vəzifəni ona həvalə etdiyini bildirib. Lakin müqavilənin detalları hələlik məlum deyil.
Titullu idmançı ötən ay peşəkar karyerasını başa vurub.
Qeyd edək ki, Ramil Quliyev Türkiyə millisinin heyətində dünya və Avropa çempionu olub.
Namiq HUN
tag: Türkiyə, Atletika, Karyera ,Ramil Quliyev ,todaypress.az,